Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yarməmməd Nuriyev Xaçmazda dəfn olunub
Far.Az xəbər saytı

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yarməmməd Nuriyev Xaçmazda dəfn olunub


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yarməmməd Maqsud oğlu Nuriyevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

"Far.Az"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Köhnə Xudat kəndində ailəsinə təhvil verilib.

Daha sonra Yarməmməd Nuriyevin meyitinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Yarməmməd Nuriyev 1961-ci il dekabrın 29-da Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olub. O, 1993-cü ilin dekabr ayında Cəbrayıl istiqamətində şiddətli döyüşlər zamanı itkin düşüb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər