Milli Paralimpiya Komitəsində parabadmintonçularla görüş keçirilib
Far.Az xəbər saytı

Milli Paralimpiya Komitəsində parabadmintonçularla görüş keçirilib


Milli Paralimpiya Komitəsində (MPK) parabadmintonçularla görüş keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, toplantıda Fransada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanan İbrahim Əliyev, həmin turnirdə iştirak edən yeniyetmə idmançı Zəhra Salmanlı, həmçinin yığma komandanın baş məşqçisi Teymur Abbasov iştirak ediblər.

Görüş zamanı turnirdə nümayiş etdirilən çıxışlar dəyərləndirilib, idmançıların yarışla bağlı təəssüratları dinlənilib. Eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

Həmçinin parabadminton üzrə ilk dəfə Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq və bununla da tarixi nailiyyətə imza atmaq məqsədi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
MPK rəhbərliyi beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər