Bakıda fərdi yaşayış evlərinin orta aylıq qiyməti 13 %-dən çox bahalaşıb
Far.Az xəbər saytı

Bakıda fərdi yaşayış evlərinin orta aylıq qiyməti 13 %-dən çox bahalaşıb


Bakı şəhərində oktyabr ayı ərzində fərdi yaşayış evləri seqmentində orta qiymət artımı 13,2 % səviyyəsində qeydə alınıb.

Bu barədə "Far.Az"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Məlumata əsasən, fərdi evlər seqmentində ən yüksək qiymət artımı Səbaildə müşahidə olunub – 22,8 %. Nizamidə bahalaşma 16,8 %, Nərimanovda 15,9 %, Xəzərdə 15,6 %, Nəsimidə 14,1 %, Sabunçuda isə 13,2 % həddində olub.

Binəqədidə fərdi yaşayış evlərinin dəyəri 12 %, Suraxanıda 10,9 %, Yasamalda 10,1 %, Xətaidə isə 9,4 % yüksəlib. Qaradağda artım 6,5 %, Pirallahıda isə 7,8 % təşkil edib.

Oxşar xəbərlər

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: qiymətlər sabit tempdə artır - ARAŞDIRMA
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda bu il təməldən tikilinin 19 %, torpağın 15 % bahalaşacağı gözlənilir
Bakıda bu il təməldən tikilinin 17 %, torpağın 15 % bahalaşacağı gözlənilir
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər