Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Konqo Demokratik Respublikası (DR) millisi İngiltərə ilə matçda uğur qazanacağına inanıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Sebastyen Desabr İngiltərəyə qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:
"Məyusuq, çünki uğur qazanacağımıza həqiqətən inanırdıq. Yaxşı oyun keçirdik. Matçın sonlarına yaxın rəqib komandaya iki qol epizodu verdik. Nəticədə dünyanın ən yaxşı futbolçularından biri bundan yararlanaraq qapımızdan iki qol keçirdi. Təəssüf ki, sonluq belə oldu. Buna baxmayaraq, futbolçularımızı göstərdikləri oyuna görə təbrik etməliyik. Belə güclü rəqiblərə qarşı oynamaq onlara çox böyük təcrübə qazandırdı.
Konqo DR futbolu məhz bu cür formalaşır. Ola bilsin ki, bir qədər təcrübə çatışmadı, amma futbolun təbiəti də budur. Biz öyrənirik, inkişaf etməyə davam edirik".
Qeyd edək ki, İngiltərə Konqo seçməsinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"
Sebastyen Desabr: "Konqo millisi Özbəkistanla matçda qeyri-adi çıxış etdi"
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam













