Pap Tyav: "Belçikaya məğlubliyyət bizim üçün çox ağırdır"
Far.Az xəbər saytı

Pap Tyav: "Belçikaya məğlubliyyət bizim üçün çox ağırdır"


DÇ-2026-nın 1/16 final mərhələsində Belçika millisinə uduzan Seneqal üçün məğlubiyyət çox ağırdır.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu sözügedən matçdan sonra Afrika təmsilçisinin baş məşqçisi Pap Tyav deyib.

Mütəxəssis 2:0 hesabı ilə öndə olduqları qarşılaşmada qalib gələ bilmədikləri üçün üzgün olduqlarını söyləyib:

"Məğlub olduq və bu bizim üçün çox ağırdır. Son ana qədər mübarizə aparan komandamızı təbrik etməliyik. Təəssüf ki, iki top üstün olduğumuz hesabı qoruya bilmədik. Növbəti mərhələyə yüksəldiyi üçün Belçika millisini təbrik edirəm. Bu nəticəni qəbul etməliyik, çünki futbolun marağı də elə budur."

Qeyd edək ki, Belçika Seneqal seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

Oxşar xəbərlər

DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Pap Tyav: "Seneqal millisi üçün hələ heç nə bitməyib"
Milli komandamız finala vəsiqə qazanıb
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər