Kadir İnanırın xatirəsi İstanbul küçələrində yaşayacaq
Far.Az xəbər saytı

Kadir İnanırın xatirəsi İstanbul küçələrində yaşayacaq


İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) təqdirəlayiq addım atıb.

Far.Az xəbər verir ki, o quruma bağlı olan "İstanbul Elektrik Tramvay və Tunel Əməliyyatları Baş İdarəsi" ötən həftə dünyasını dəyişən əfsanəvi kino aktyoru Kadir İnanırın xatirsəinə dizayn edilmiş avtobusu istifadəyə verib.

Aktyorun ikonik şəkilləri, filmlərindən unudulmaz kadrlar və geniş ictimaiyyətin yaddaşında dərin iz buraxan sitatları ilə bəzədilən avtobus, onun sənət yoluna bir növ vəfa borcunu ifadə edir.

Xüsusi tərtib olunmuş bu nəqliyyat vasitəsi artıq İstanbulun '57UL Beşiktaş-Kuruçeşme" xəttində sərnişinlərə xidmət göstərməyə başlayıb.

İstanbullular, Kadir İnanırın xatirəsini şəhərin küçələrində hərəkət edən bu avtobusla bir daha yad edəcəklər.

"Kadir İnanırın sənət dünyasına qoyduğu iz, İstanbulun nəqliyyat sistemində yaşamağa davam edəcək" - deyə İstanbul Elektrik Tramvay və Tunel Əməliyyatları Baş İdarəsinin məlumatında qeyd edilib.

Oxşar xəbərlər

Məşhur aktrisa Kadir İnanırın ona verdiyi pulu illərdir saxlayıb
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər