54 yaşlı qadının burnun düzəldəndə gözünü zədələdilər
Sumqayıt şəhərində yerləşən "Liman Klinikası" qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə belə qərar qəbul edib.
İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə "Liman Klinikası"nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.
Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.
Fotoda: Əfqan Ağagülov
İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq "Liman Klinikası"ndan və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.
Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Adıgözəlovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.
Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, "Liman Qrup" MMC iddaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.
Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.
Qeyd edək ki, sözügedən şikayətlə bağlı "Qafqazinfo"ya zərərçəkənin qızı Ramilə Məmmədova 2 il əvvəl müraciət etmişdi. 54 yaşlı anasının II qrup əlil olduğunu vurğulayan övladı onun 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərdiyini qeyd etmişdi. Şikayətçi əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdiklərində onlara "gözləyin, düzələcək" cavabının verildiyini əlavə etmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Xəstələrin bir milyon manatınının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
Talassemiyalı uşaqlarla bağlı məhkəmədə tanınmış həkimlərin prosesə çağırılması tələb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
-
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi
-
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb













