"Kür"ün həndbolçusu: "Qalib gəlməyimizin əsas səbəbi məşqçimizdir"
Qalib olmağımızın əsas səbəbi məşqçimizdir.
"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının üzvü Cavid İsmayılov Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Həndbolçu oyunların ağır keçdiyini söyləyib:
"Qalib olmağımızın ən böyük səbəbi məşqçimizdir. Komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Oyunlar ağır keçdi.
O, ilk dəfə mərhələ keçdikləri üçün sevincli olduğunu deyib:
"Növbəti oyunlara da məsuliyyətlə hazırlaşacağıq. Bir həftə ərzində növbəti rəqibimiz bəlli olacaq. Avropa kubokunda ilk dəfə mərhələ keçdiyimiz üçün çox sevincliyik. İnşallah, növbəti qələbə ilə Azərbaycanı sevindirəcəyik".
Qeyd edək ki, komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.
Oxşar xəbərlər
Azərbaycan klubunun həndbolçusu: "Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq"
"Kür"ün baş məşqçisi: Azərbaycanda həndbolu çox sevirlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var
-
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb













