Azərbaycan klubunun həndbolçusu: "Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq"
Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq.
"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının oyunçusu Yakob Ayuba Katau Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Həndbolçu mərhələ adlamaq üçün çox çalışdıqlarını deyib: "Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq. Bizi dəstəkləyən Mingəçevir əhalisinə təşəkkür edirəm".
O, qələbəni çılğınlıqla qeyd etməsinin səbəbləri haqqında danışıb:
"Çılğınlıqla sevinməyimizin səbəbi odur ki, çox zəhmət çəkmişdik. Avropa Kubokunda yaxşı nəticə göstərmək və Azərbaycan həndbolunda sözümüzü demək üçün 3 ay çalışmışdıq".
Nigeriyalı oyunçu Azərbaycan həndbolu haqqında təəssüratlarını bölüşüb və hədəflərdən danışıb:
"Azərbaycan həndbolu haqqında təəssüratlarım yaxşıdır. Mənim üçün də hər şey yaxşıdır. Mingəçevirdə özümü xoşbəxt hiss edirəm. Hədəfimiz növbəti mərhələni də adlamaqdır.
Belə oyunla Azərbaycanı daha çox tanıda bilərik. Hər kəsə sürpriz etmək istəyirik. Növbəti mərhələ daha çətin olacaq. Məşqçilərimizin köməyi ilə növbəti mərhələni adlayacağımıza inanıram".
Qeyd edək ki, komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.
Oxşar xəbərlər
"Kür"ün baş məşqçisi: Azərbaycanda həndbolu çox sevirlər
"Kür"ün həndbolçusu: "Qalib gəlməyimizin əsas səbəbi məşqçimizdir"
"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb













