Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib
Far.Az xəbər saytı

Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib


Bakıda yol hərəkətinin təşkilində edilən dəyişiklikdən sürücülərin əksəriyyətinin xəbəri yoxdur.

Far.Az Avtosfer.az-a istinadən xəbər verir ki, söhbət Beynəlxalq Avtovağzalın qarşısındakı yolayrıcından gedir.

Belə ki, son dəyişiklikdən sonra Biləcəri dairəsindən gələrək sağa dönən sürücülər üçün "Yol ver" nişanı quraşdırılıb. Ondan sonrakı kəsişmə yerində isə "Baş yol" nişanı qoyulub.

Bu səbəbdən həmin istiqamətdə hərəkət edən sürücülər əvvəlcə "Yol ver" nişanının tələbini yerinə yetirərək qarşıdan gəlib sola dönən avtobuslara yol verməli, daha sonra hərəkətlərini davam etdirməlidirlər. Kəsişmə yerinə daxil olduqdan sonra isə artıq üstünlük həmin sürücülərdə olur.

Qeyd edək ki, "Yol ver" nişanının tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 cərimə balı və 100 manat məbləğində cərimə oluna bilərlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mədəniyyətlərin kəsişmə nöqtəsi: Bakının xarici qonaqları
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər