Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
Far.Az xəbər saytı

Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq


Sloveniyanın Novo Mesto şəhərində keçiriləcək U-18 Balkan çempionatında Azərbaycanın 10 atleti mübarizə aparacaq.

"Far.Az" Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, turnirdə idmançılar müxtəlif növlərdə güclərini sınayacaqlar.

Məşqçilər Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovun rəhbərliyi altında çempionatda Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) yarışacaqlar.

Qeyd edək ki, Balkan çempionatı iyulun 4-də start götürəcək.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər