Fərid Namazov: "İmişli"nin mənə təklif göndərəcəyini gözləmirdim"
Far.Az xəbər saytı

Fərid Namazov: "İmişli"nin mənə təklif göndərəcəyini gözləmirdim"


"İmişli" komandasının baş məşqçisi təyin olunan Fərid Namazov klubdan ona təklif göndəriləcəyini gözləməyib.

33 yaşlı mütəxəssis bu barədə "Far.Az"a açıqlamasında bildirib.

O, bölgə təmsilçinə qayıtması ilə bağlı fikirlərini bölüşüb:

"Bu gün komanda ilə ilk məşqimiz olacaq. Bu klub mənə yad deyil. İki il əvvəl burada baş məşqçi olmuşam. Rəhbərlik 31 yaşımda mənə etimad göstərmişdi. Etimadı doğrultduq və Premyer Liqaya vəsiqə qazandıq. Burada rəhbərliyin, azarkeşlərin, futbolçuların və məşqçilər korpusunun böyük rolu oldu. Mövsümün sonunda müqaviləmin müddəti bitdi, yolları ayırdıq. Amma hər zaman münasibətimiz qarşılıqlı hörmət çərçivəsində davam edirdi. Öz aramızda söhbətlərimiz olurdu, amma açığı, "İmişli"nin mənə təklif göndərəcəyini gözləmirdim".

F.Namazov PRO lisenziyasını alandan sonra qarşısına müəyyən hədəflər qoyduğunu diqqətə çatdırıb:

"Hansısa bir komandada baş məşqçi olmaq istəyirdim. "İmişli"dən təklif gəldi. Mənim üçün böyük çağırış idi və bunu dəyərləndirmək qərarına gəldim. Bir daha rəhbərliyə təşəkkür edirəm. Bəlkə də böyük risk kimi görünür. Amma ümid edirəm ki, işin öhdəsindən gələcəyik. Daha çox çalışacağıq, işimizə köklənəcəyik. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Yeni mövsümün başlamasını gözləyirik".

Xatırladaq ki, "İmişli" Fərid Namazovla 1 illik müqavilə imzalayıb. Komandanı 2025/2026 mövsümündə Jorj Kaşkilya çalışdırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər