Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
Far.Az xəbər saytı

Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"


Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb.

"Far.Az" xəbər verir ki, bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Bakıda keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib.

Onun sözlərinə görə, bu, ümumilikdə, 4 minə yaxın insan deməkdir.

"Laçında həyata keçirilən layihələr yaşayış infrastrukturunun qurulması ilə yanaşı, sosial xidmətlərin inkişafını, yeni iş yerlərinin açılmasını və iqtisadi fəallığın gücləndirilməsini də əhatə edir. Rayonun zəngin təbii, tarixi və mədəni potensialı turizmin və sahibkarlığın inkişafı üçün geniş perspektivlər yaradır", - deyə xüsusi nümayəndə qeyd edib.

M.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi, dövlətimizin ardıcıl siyasəti və xalqımızın sarsılmaz birliyi sayəsində işğaldan azad olunmuş torpaqlarımızda bərpa və inkişaf prosesi uğurla davam edir: "Şəhər və kəndlər yenidən qurulur, infrastruktur yaradılır, tarixi-mədəni irsimiz bərpa edilir, iqtisadi fəallıq artır və məşğulluq imkanları genişlənir. Bu gün doğma torpaqlarımızda həyatın yenidən canlanmasının təməlində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı dayanır. Biz hər zaman onların əziz xatirəsini dərin ehtiramla yad edirik".

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin əsas məqsədi yalnız yaşayış obyektlərinin yenidən qurulması deyil, həm də insanların doğma torpaqlarına qayıdaraq təhlükəsiz, rahat və firavan yaşamalarının təmin edilməsidir. Böyük Qayıdış proqramı isə bu məqsədlərin sistemli və mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutan əsas vasitə hesab olunur. Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin mühüm istiqamətlərindən biri də Laçının dirçəldilməsidir. Qısa müddət ərzində Laçın şəhəri bərpa edilmiş, Zabux, Sus və Bəylik kəndləri yenidən qurulub, doğma yurdlarına qayıdan sakinlərin məskunlaşması üçün zəruri infrastruktur yaradılıb", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər