Azərbaycanın  Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb
Far.Az xəbər saytı

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb


"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb.

"Far.Az" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərar yerli bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul olunub.

Belə ki, səhmdarlar "Davr Bank"ın adını "ABB Davr Bank" kimi təsdiqləyiblər, Hazırkı Müşahidə Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam veriblər. Belə ki, Bankın təsçisi Lütfulla Ubayev, eləcə də Mirkodir Mirzəyatov, Ətxəm Alimov, Ozoda Əbdürrəhmanova və Şavkat Qiyasov Şuradan kənarlaşdırılıb, onların yerinə ABB-nin İdarə Heyətinin (İH) sədr müavinləri Taleh Tahirli və Aqşin Əmirov, eləcə də müstəqil üzvlər kimi Şəfəq Həsənova, Səid Abdunabiyev və Fərhod Roziyev seçiliblər. Bundan sonra L.Ubayev Şuranın iclaslarında səsvermə hüququ olmadan müşahidəçi kimi iştirak edəcək. O, ABB-nin Bankı nəzarətinə keçirməsindən əvvəl səhmlərinin 46,9%-nə sahib olub, hazırda isə payı 25,5 %-dir.

Bundan başqa, səhmdarların yığıncağında Bankın İH-nin sədr müavini Ravşan Tojiyev və sədr müavini vəzifəsini icra edən Əlişir Qurbanov vəzifələrindən kənarlaşdırılıb, onların yerinə ABB-nin baş direktoru Aynur Süleymanlı və İH sədrinin müşaviri Heybət Qədirov təyin ediliblər. İH-nə Abdumajid Səmədov sədrlik edəcək. Heyətə həmçinin Samarjon Nəzərov və Bankın Risklərin idarə edilməsi departamentinin direktoru Nadir Xəlilov daxildir.

Oxşar xəbərlər

"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər