Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq
Far.Az xəbər saytı

Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq


Yaponiya ABŞ-nin Nyu-York ştatında yarımkeçiricilərin istehsalı üzrə iki zavodun tikintisinə 21 milyard dollar ayıracaq.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.

Trampın sözlərinə görə, ABŞ-də yerləşən "GlobalFoundries" şirkəti və ABŞ Ticarət Nazirliyi Nyu-York ştatının Malta şəhərində yarımkeçiricilərin istehsalı üzrə iki nəhəng zavodun tikintisinə 21 milyard dollar həcmində investisiya yatırılacağını elan edib.

"Verdiyim göstərişə əsasən, 21 milyard dollar həcmində investisiya kapitalını Yaponiya təmin edəcək", – deyə ABŞ lideri bildirib.

O əlavə edib ki, ABŞ Ticarət Nazirliyi "GlobalFoundries" şirkətinə 955 milyon dollar həcmində investisiya yatırılması ilə bağlı da razılaşmalar əldə edib.

Tramp əlavə edib ki, mövcud razılaşma çərçivəsində "amerikalı vergiödəyiciləri ‘GlobalFoundries" şirkətində pay əldə edəcəklər".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər