"Facebook"un son 2 ayda Azərbaycandakı bazar payı 4 dəfə azalıb
Bu ilin iyun ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 73,07 % təşkil edib.
"Far.Az"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, may ayına nisbətən 39,55 faiz bəndi, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 52,5 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 13,06 faiz bəndi, il ərzində isə 18,65 faiz bəndi azalaraq 7,43 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 4 dəfə təşkil edib).
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 11,57 faiz bəndi, illik isə 25,15 faiz bəndi azalaraq 6,92 % təşkil edib.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 5,07 faiz bəndi, illik müqayisədə isə 4,08 faiz bəndi azalaraq 2,9 % təşkil edib.
İlk beşliyi 2,55 %-lik bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 5,74 faiz bəndi, illik müqayisədə isə 7,13 faiz bəndi azalıb.
Oxşar xəbərlər
"Google Gemini"nin Azərbaycandakı bazar payı 2 ayda 5 dəfəyə yaxın azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
-
Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - 1 saat keçib













