Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.
Far.Az report-a istinadən xəbər verir ki, mərasimində şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüş yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərindən keçib. Onun erməni işğalçılarına qarşı sonuncusu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Rauf Əhmədov elə orada itkin düşüb. İtkin düşən zaman şəhidin 24 yaşı olub.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













