DÇ-2026: Komandaların qol sevincində səsləndirdiyi MAHNILAR AÇIQLANDI
2026-cı il futbol üzrə dünya çempionatında ilk dəfə olaraq milli komandalara vurduqları qolları hansı musiqi ilə qeyd edəcəklərini özlərinin seçməsinə icazə verilib.
Far.Az xəbər verir ki, pley-off mərhələsinə yüksələn komandaların musiqi seçimləri açıqlanıb.
Almaniya Peter Şillinqin "Major Tom", Paraqvay Rolando Çaparroyun "Albirockja", Fransa Daft Punkun "One More Time" və Blur qrupunun "Song 2", İsveç "När vi gräver guld i USA", Cənubi Afrika "This Is Bafana", Kanada isə LISA, Anitta və Rema-nın "Goals" mahnısını seçib.
Niderland "Wij houden van oranje", Mərakeş "Dima Maghrib", Portuqaliya "A Minha Casinha", Xorvatiya "Srce vatreno", İspaniya "La Graciosa", Avstriya "Maria (I Like It Loud)" mahnıları ilə qollarını qeyd edir.
ABŞ "The Show Goes On", "Win" və "Free Bird", Bosniya və Herseqovina "Take Me To America", Braziliya "O Brasil escolheu" və "Samba de Janeiro", Yaponiya "Syouri-No Emi-Wo Kimi-To", Kot-d'İvuar "Coup du marteau", Norveç "Vi er Norge", Meksika "La Negra", Ekvador "Ecuador, Si Se Puede" mahnılarını seçib.
İngiltərə "Chase the Sun", "Wonderwall", "Sweet Caroline" və "Hey Jude", Konqo Demokratik Respublikası "Congo Elonga", Argentina "Luz Delito" və "La Cumbia De Los Trapos", Kabo-Verde "Nos Ora Dja Txiga", Avstraliya "Thunderstruck", Misir isə dövlət himnini səsləndirir.
Bundan başqa, İsveçrə "Freed from Desire", Əlcəzair "One, Two, Three, Viva l"Algérie!", Kolumbiya "El Ritmo Que Nos Une", Qana "We Shall Score", Belçika isə "Kiss The Grass (Allez Allez)" mahnısı ilə qol sevincini qeyd edir.
Qeyd edək ki, Seneqal millisinin qol sevinci zamanı səsləndiriləcək rəsmi mahnı hələ açıqlanmayıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













