Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Far.Az xəbər saytı

Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib


Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclasında sədrin müavinləri müəyyənləşib.

"Far.Az"a Şuradan verilən məlumata görə, İdarə Heyətinin üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.

Qurumun Nizamnaməsinə görə, sədrin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda Şura sədri Vüqar Zifəroğlunun təqdimatı əsasında Mətbuar Şurasının icraçı katibi vəzifəsinə Əvəz Rüstəmov təsdiqlənib. İdarə Heyətinin digər üzvü Əminə Yusifqızı isə Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

Oxşar xəbərlər

Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər