Avropa çempionu olmuş cüdoçu Zəhra Quliyeva: Ən çətin görüşüm finalda oldu
Avropa çempionatında ən çətin görüşüm finalda oldu.
Bunu "Report"a İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Zəhra Quliyeva (40 kq) deyib.
O, qeyd edib ki, qitə çempionu olmaq asan başa gəlməyib: "Əzmlə mübarizə aparıb, Avropa çempionu oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Ən çətin görüşüm finalda oldu. Çünki məsuliyyətim böyük idi. Çalışıb qalib gəldim.
Yarımfinaldakı rəqibimlə daha əvvəlki yarışda qarşılaşıb, məğlub olmuşdum. Lakin həmin görüşdən nəticə çıxarmışdım. Buna görə də Avropa çempionatında ona qalib gəldim".
"Avropa çempionatına məşqçilərimin güclü dəstəyi ilə hazırlaşmışdım. Onlar məni yüksək səviyyədə hazırlaşdırmışdılar. Buna görə də qitə çempionatına qızıl medala sahib oldum. Bundan sonrakı hədəflərim böyüklər arasında Avropa, dünya və Olimpiya çempionatlarında qalib olmaqdır", - Z.Quliyeva əlavə edib.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında 10 medal qazanaraq tarixi nəticəyə imza atıb. Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışı başa çatıb
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək













