Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfəri çərçivəsində "ASAN xidmət" mərkəzini ziyarət edib.
Far.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Azərbaycanın milli brendi olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Baş nazir Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub. Vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayan Səyyar ASAN xidmət layihəsini qiymətləndirərək həmin təcrübənin də yaxın zamanda Efiopiyada tətbiq olunacağını qeyd edib.
Qonağa "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "Bilim Bakı" mərkəzi və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.
Qeyd edək ki, Dövlət Agentliyi ilə həyata keçirilmiş əməkdaşlığın nəticəsi olaraq 2025-ci ilin iyun ayında Efiopiyanın Əddis-Əbəbə şəhərində Azərbaycanın "ASAN xidmət" konsepsiyası əsasında ilk "MESOB" dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb.
Xatırladaq ki, 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun icrası çərçivəsində Dövlət Agentliyi tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, xidmətlərin vahid standartı müəyyən edilib, habelə "ASAN xidmət" mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
-
"CBS News": Çin qabaqcıl radiolokasiya komplekslərinin İrana verilməsi imkanını öyrənib













