Messi dünya çempionatlarında üç tarixi rekorda imza atıb
Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında üç tarixi rekorda imza atıb.
"Report" xəbər verir ki, 39 yaşlı oyunçu DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı oyunda fərqlənərək mundiallardakı qol sayını 30-a çatdırıb.
Bununla da o, turnir tarixinin ən məhsuldar futbolçusu kimi öz rekordunu yeniləyib. Siyahıda ikinci pillədə qərarlaşan Fransa millisinin hücumçusu Kilian Mbappenin hesabında isə 18 qol var.
Messi eyni zamanda mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddətdə ümumilikdə 12 dəfə rəqib qapılarına yol tapıb.
Təcrübəli futbolçu daha bir tarixi göstəriciyə də imza atıb. O, Kabo-Verde ilə qarşılaşmaya start heyətində çıxmaqla dünya çempionatları tarixində 30 oyun həddini keçən ilk futbolçu olub. Bu göstəricidə ikinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 26 mundial oyunu var.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının formasını geyinib. Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, həmçinin "Qızıl top" mükafatını rekord sayda – səkkiz dəfə qazanıb.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
DÇ-2026: Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-10
Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb













