Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində 63 illik rekordu təkrarlayıb
Far.Az xəbər saytı

Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində 63 illik rekordu təkrarlayıb


Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə matçda (3:2) fərqlənərək dünya çempionatlarının pley-off mərhələsində ən uzun qol seriyası ilə bağlı rekordu təkrarlayıb.

"Report" "Opta Analyst"ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatının ardıcıl 5 pley-off oyununda qol vuraraq turnirin bu mərhələdəki rekord seriyasına şərik olub.

Kabo Verde ilə görüşün 29-cu dəqiqəsində hesabı açan təcrübəli oyunçu dünya çempionatlarında özünün 20-ci qolunu vurub. Futbolçunun bu uğurlu seriyası DÇ-2022-də start götürüb. O, 1/8 finalda Avstraliya, 1/4 finalda Niderland, yarımfinalda Xorvatiya və finalda Fransa yığmalarının qapısına yol tapıb.

Qeyd edək ki, əvvəllər dünya çempionatlarının pley-off mərhələsində ardıcıl 5 oyunda braziliyalılar Leonidas (1934 və 1938-ci illərdə), Vava (1958 və 1962-ci illərdə) və macarıstanlı Dyerd Şaroşi (1934 və 1938-ci illərdə) qol vurmağı bacarıblar. Beləliklə, Messi 1962-ci ildən sonra bu göstəricini təkrarlayan ilk oyunçu olub.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər