Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb
Far.Az xəbər saytı

Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb


Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq gedir.

***11:52

Bakının Nizami rayonunda baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı hücuma məruz qalıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.

Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və texniki avadanlığa zərər vurub.

Sonradan APA TV tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.

Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H.Sərdarov ərazidən uzaqlaşdırılıb.

Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər