Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
Far.Az xəbər saytı

Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb


Azərbaycan radiosu Sovet imperiyası dövründə dilin saflığınının qorunmasında Azərbaycan milli düşüncəsinin, eləcə də azərbaycançılıq ideologiyasının qurulması və gələcək nəsillərə ötürülməsində əvəzolunmaz rol oynayıb.

"Report" xəbər verir ki, bu sözləri "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetində Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans zamanı bildirib.

O deyib ki, Azərbaycan radiosu 100 il ərzində xalqın, dövlətin sözünə çevrilib:

"Azərbaycan radiosunun yaranma tarixi hər birimizin bayramıdır. Azərbaycan radiosunun 100 illik səlnaməsi ilə bağlı saatlarla, günlərlə, illərlə danışmaq olar. Çünki 100 illik tarixin hər bir gününün arxasında məşəqqətli mübarizə, gərgin əmək dayanıb. Mənə görə Azərbaycan radiosu missiya daşıyıcısı olub. Sovet imperiyası qılıncınının dalı-qabağı kəsdiyi dövrlərdə Azərbaycan dilinin saflığını qorumaq, Azərbaycan milli düşüncəsinin, milli məfkurəsinin, azərbaycançılıq ideologiyasının qurulması və gələcək nəsillərə ötürülməsində Azərbaycan radiosu əvəzolunmaz rol oynayıb. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan televiziya stansiyasının enerjisi bloku partladıldı, çünki Sovet imperiyası 20 yanvar faciəsinin ağrı-acısını Azərbaycan xalqına çatdırmaq istəmirdi. Azərbaycan radiosu həmin dövrün ağrı-acısını Azərbaycan xalqına, dünyaya çatdırmışdı".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər