Azərbaycan idmançıları "Mixeil Xergiani Cup 2026" turnirinin final mərhələsinə yüksəliblər
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mixeil Xergiani Cup 2026" beynəlxalq idman dırmanması turnirində Azərbaycan Alpinizm Federasiyasının idmançıları uğurla çıxış edərək boulderinq növü üzrə final mərhələsinə vəsiqə qazanıblar.
"Far.Az" xəbər verir ki, yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında təmsil olunan Azərbaycan komandasının üzvləri təsnifat mərhələsində uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar.
Qeyd edək ki, "Mixeil Xergiani Cup 2026" Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilir. Turnirin reqlamentinə əsasən, final mərhələsində təsnifat mərhələsinin nəticələrinə görə qadınlar və kişilər arasında ilk 8 yeri tutan idmançı mübarizə aparır.
Oxşar xəbərlər
Azərbaycan idmançıları "Mikheil Khergiani Cup 2026" turnirinin final mərhələsinə yüksəliblər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













