Azərbaycan idmançıları "Mikheil Khergiani Cup 2026" turnirinin final mərhələsinə yüksəliblər
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mikheil Khergiani Cup 2026" beynəlxalq idman dırmanması turnirində Azərbaycan Alpinizm Federasiyasının idmançıları uğurla çıxış edərək boulderinq növü üzrə final mərhələsinə vəsiqə qazanıblar.
"Report" xəbər verir ki, yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında təmsil olunan Azərbaycan komandasının üzvləri təsnifat mərhələsində uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar.
Qeyd edək ki, "Mikheil Khergiani Cup" Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilir. Turnirin reqlamentinə əsasən, final mərhələsində təsnifat mərhələsinin nəticələrinə görə qadınlar və kişilər arasında ilk səkkiz idmançı mübarizə aparır.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













