"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
"Azərbaycan Şahmat Turu" çərçivəsində üçüncü yarış olan "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
"Report" xəbər verir ki, bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıblar.
9 turdan ibarət yarışın A turnirində 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjugirov bütün rəqiblərini qabaqlayaraq "Lankaran Open 2026" turnirinin qalibi adını qazanıb. Eyni xala malik Hindistan şahmatçısı Mayank Çakraborti ikinci yeri tutub. Aktivində 6,5 xal olan Azərbaycan şahmatçısı Şiroğlan Talıbov üçüncü yerlə kifayətlənib.
A qrupunda ən yaxşı qadın iştirakçı kimi Cera Dagariya (Hindistan) mükafat əldə edib.
B turnirində İsmayıl Məmmədli qalib olub. Vüsal Əhmədovla Nihad Eynullayev müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.
Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində Mayank Çakraborti (Hindistan), blitsdə isə Ramtin Kakavand (İran) birincilik əldə edib.
Xatırladaq ki, "Lankaran Open 2026" Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Azərbaycan Şahmat Turu" layihəsinin üçüncü turniridir.
Qeyd edək ki, "Azərbaycan Şahmat Turu" layihəsində növbəti yarış Şamaxıda olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













