"İrəvan Qazılığının tarixi" kitabı təqdim edilib
Bakıda "İrəvan Qazılığının tarixi" kitabının təqdimatı keçirilib.
"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) layihəsi olan kitabın təqdimatında çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə idarənin Qərbi Azərbaycanla bağlı təbliğat işini öz fəaliyyətinin prioritet və zəruri tərkib hissəsi kimi diqqətdə saxladığını söyləyib.
Onun sözlərinə görə, bu istiqamətdə Qərbi Azərbaycan İcması (QAİ) ilə əməkdaşlıq çərçivəsində hazırlanan kitaba daxil olan materialların əsas mənbə bazası QMİ-nin arxivində mövcud olan sənədlərdir.
QAİ-nin İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Ermənistan dövləti və ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə hələ də heç bir beynəlxalq təzyiq və xəbərdarlıq almayıblar. Əksinə, həmişə dəstəkləniblər və bu gün də dəstəklənirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, təqdim edilən kitabda xeyli yeni və dəyərli məlumat yer alıb.
Tədbirdə QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı da çıxış edərək kitab haqqında ümumi məlumatları paylaşıb.
Daha sonra Milli Məclisin deputatları, din xadimləri və alimlər çıxış ediblər. Kitab ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













