Kameranı görüb qaçdılar: Tibb mərkəzində nə baş verir?
Baku TV son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan iddiaları yerində araşdırmaq üçün Nizami Tibb Mərkəzində olub.
Belə ki, tibb müəssisəsinin əməkdaşı Bəhruz Nəsirov rəhbərlik tərəfindən öz ərizəsi ilə işdən çıxmağa məcbur edildiyini iddia edir.
Məsələdə adı hallanan Nizami Tibb Mərkəzinin şöbə müdiri Samir Məmmədov çəkiliş aparıldığını görərək əvvəlcə açıqlama verəcəyini bildirsə də, sonradan fikrini dəyişərək müsahibə verməkdən imtina edib.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, işçinin işə qəbulu və işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməlidir:
"İşəgötürənin sadəcə olaraq işçi ilə işləmək istəməməsi onun işdən çıxarılması üçün əsas ola bilməz. İşçidən istənilən vaxt "öz ərizənlə işdən çıx" tələbini irəli sürmək qanun pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirlər. Bu hallarla bağlı işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər".
Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













