Savalan Mirzəyev: Azərbaycanın zəfəri regionda sülhün təminatıdır
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
O bu barədə "Far.Az"un Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə "Era Teatrı" tərəfindən hazırlanan tamaşadan əvvəlki açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi tarixi qələbə bütün regionda sülhün bərqərar olması üçün mühüm əhəmiyyət daşıyır.
S.Mirzəyev qeyd edib ki, hazırda region ölkələrinin rəhbərləri də çıxışlarında sülhün qorunmasının, iqtisadi inkişafın və insanların dinc şəraitdə yaşamasının vacibliyini xüsusi vurğulayırlar.
Deputat hesab edir ki, Azərbaycanın zəfəri regionda gələcəkdə hər hansı yeni münaqişənin və müharibənin baş verməməsi üçün mühüm təminatdır.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













