Şərurdakı ağır qəzada həlak olan ailə üzvlərinin FOTOLARI
Far.Az xəbər saytı

Şərurdakı ağır qəzada həlak olan ailə üzvlərinin FOTOLARI


Şərur rayonunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərin fotoları yayılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Püsyan kəndində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2107 və "NAZ-Lifan" avtomobillərinin toqquşması nəticəsində bir ailənin üç üzvü - Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənov həyatlarını itiriblər.

Həlak olan şəxslərin fotolarını təqdim edirik:

Şərurdakı ağır qəzada həlak olan ailə üzvlərinin FOTOLARI

***10:27

Baş Dövlət Yol Polisi İdarəsi Naxçıvanda baş verən qəza ilə bağlı məlumat yayıb.

Bu barədə BAKU.WS-ə idarədən məlumat verilib.

Bildirilib ki, 2026-cı il iyulun 5-də Şərur rayonu, Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi "Lifan" markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi "VAZ" markalı avtomobillə toqquşub.

Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***08:10

Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə Püsyan kəndində qeydə alınıb.

İlkin məlumata görə, 68-BC-455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ilə 68-BB-655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənov hadisə yerində ölüblər. Onların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə zamanı ailənin xəsarət alan digər üzvü İnci Həsənova, eləcə də digər avtomobilin sürücüsü Rəşad Məmmədov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Şərurdakı ağır qəzada həlak olan ailə üzvlərinin FOTOLARI

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər