Bakıda "135" saylı avtobus yandı
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanan avtobusla bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən Far.Az-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
*** 12:57
Paytaxtın Binəqədi rayonunda nəqliyyat vasitəsi yanır.
Bu barədə Far.Az-in "qaynar xətti"nə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə Bakı-Sumqayıt yolunun Avtovağzal dairəsi yaxınlığında qeydə alınıb.
"135" saylı avtobus naməlum səbəbdən alovlanmağa başlayıb. Hadisə yerinə polis briqadası cəlb edilib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Lökbatanda yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır - YENİLƏNİB-4
Dərnəgüldə yanan obyektin malları daşınır
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol













