Azərbaycan və Türkmənistan reallaşdırılan genişmiqyaslı layihələri müzakirə edib
Azərbaycan və Türkmənistan arasında reallaşdırılan genişmiqyaslı layihələr müzakirə edilib.
"Far.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında intensiv inkişafını vurğuladıq. İqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.
🇦🇿🇹🇲 #Azərbaycan və #Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri cənab Qurbanqulu Berdiməhəmmədovun qəbulunda olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 8, 2026
Dövlət… pic.twitter.com/NMs2DgTRBE
Oxşar xəbərlər
"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk"
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb













