AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib
Far.Az xəbər saytı

AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib


Azərbaycan Güləş Federasiyasının (AGF) regional güləş koordinatorları ilə görüş keçirilib.

Bu barədə "Report"a AGF-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq, 14 regional nümayəndəlik formalaşdırılıb.

Görüş çərçivəsində nümayəndəliklər üzrə koordinatorların vəzifə öhdəlikləri, fəaliyyət planları, regionlarda güləşin inkişaf strategiyası və mövcud çətinliklər müzakirə olunub. Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dəyərləndirilib.

İki gün davam edən proqram çərçivəsində iştirakçılar AGF-nin strukturu və strategiyası, regional inkişaf strategiyası, vahid təqvim planı, yarışların təşkili və onlayn məlumat bazası ilə bağlı təqdimatlarla tanış olublar.

Görüşün ilk günündə AGF-nin strukturu və strategiyası barədə ətraflı məlumat verilib, regional inkişaf strategiyası təqdim olunub. Daha sonra regionların inkişaf istiqamətləri üzrə qrup işi aparılıb və fəaliyyət planları müzakirə edilib. Bu çərçivədə regional səviyyədə prioritetlərin müəyyənləşdirilməsinə və qarşıdakı dövr üçün görüləcək işlərin planlaşdırılmasına diqqət yetirilib.

Proqramın ikinci günündə vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazasının fəaliyyəti, eləcə də sənəd və şablonlardan istifadə qaydaları barədə təqdimatlar keçirilib. Həmçinin regional koordinatorların fəaliyyətinin planlaşdırılması və hesabatlılıq mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçirilib.

Günün davamında koordinatorlar hər birində üç nəfər olmaqla komandalara bölünüb. Onlar verilən tapşırıqlar əsasında təqdimatlar hazırlayaraq çıxış ediblər. Ən yaxşı təqdimatla fərqlənən komanda xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, iştirakçılar arasında komandaqurucu oyunlar təşkil olunub. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə, ünsiyyətin inkişafına və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edib.

Tədbirin əsas məqsədi regional fəaliyyətin koordinasiyasını gücləndirmək, idarəetmədə vahid yanaşmanı təmin etmək və ölkəmizdə güləşin davamlı inkişafına töhfə vermək olub. Görüş qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, koordinatorlar arasında təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər