CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər
Cənubi Afrika Respublikasının (CAR) Mpumalanqa əyalətindəki gizli reabilitasiya mərkəzindən 200-ə yaxın insan xilas edilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları və sosial xidmətlər gizli mərkəzin ləğv edilməsi üçün genişmiqyaslı xüsusi əməliyyat keçiriblər.
Qeyri-insani şəraitdə saxlanılan təxminən 30 qadın və yetkinlik yaşına çatmayan şəxs də daxil olmaqla, 200-ə yaxın insan qanunsuz əsirlikdən azad edilib. Qeyd olunur ki, mərkəzdə olan insanların bəziləri zəncirlənmiş və qidadan məhrum edilmişdi.
Polis "mərkəz"in təşkilatçılarını - 59 yaşlı din xadimi və onun 58 yaşlı həyat yoldaşını saxlayıb. Axtarış zamanı onlar binada 50-60 nəfərdən çox adamın olmadığını bildirərək baş verənlərin miqyasını gizlətməyə çalışıblar. Lakin güc strukturlarının əməkdaşları otaqlarda dörd dəfə çox insan aşkar ediblər. Ər-arvada adam oğurluğu, sanitariya normalarının pozulması və qanunsuz reabilitasiya fəaliyyətinin aparılması ittihamları irəli sürülüb.
Basqından sonra ən azı 14 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azad edilən digər şəxslər isə dövlət böhran mərkəzləri üzrə bölüşdürülüb.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













