Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən "Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.
Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
Qalereya
Oxşar xəbərlər
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
-
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var













