Dünya Bankı: Lüks hotellər Azərbaycanın turizm potensialını tam reallaşdırmaq üçün kifayət etmir
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq lüks hotel brendləri ölkənin turizm imicinin güclənməsinə və xarici turistlərdə etimadın formalaşmasına töhfə versə də, turizm sektorunun davamlı inkişafı üçün təkcə bununla kifayətlənmək olmaz.
"Far.Az" xəbər verir ki, bunu Dünya Bankının Özəl sektor üzrə baş mütəxəssisi Şon Mann Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirin sual-cavsb sessiyasında deyib.
Onun sözlərinə görə, yüksək səviyyəli hotellər Azərbaycanın beynəlxalq turizm bazarında tanınmasına və ölkəyə həm işgüzar, həm də istirahət məqsədilə səfər edən turistlərdə inamın yaranmasına mühüm rol oynayır: "Lakin turizm iqtisadiyyatının inkişafı bununla məhdudlaşmamalıdır. Mədəniyyət, təbiət, sağlamlıq və MICE (işgüzar görüşlər) turizmi kimi istiqamətlər daha da inkişaf etdirilməli, həmin sahələr üzrə dəyər zəncirləri formalaşdırılmalıdır. Regionlarda yeni turizm marşrutlarının yaradılması, kiçik hotellərin, ailə tipli qonaq evlərinin, restoranların, bələdçi xidmətlərinin və digər turizm məhsullarının inkişafı turistlərin xərclərinin daha böyük hissəsinin yerli iqtisadiyyata yönəlməsinə imkan verəcək".
Ekspert hesab edib ki, məhz bu yanaşma turistlərin ölkədə qalma müddətinin uzanmasına, təkrar səfərlərin artmasına, yeni investisiyaların cəlb edilməsinə və yerli bizneslərin turizmdən daha çox gəlir əldə etməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













