İRİA: Dövlət qurumlarındakı məlumatların əlçatanlığı ilə bağlı tədbirlər görülür
Far.Az xəbər saytı

İRİA: Dövlət qurumlarındakı məlumatların əlçatanlığı ilə bağlı tədbirlər görülür


Azərbaycanda dövlət qurumlarında formalaşan məlumatların, sistemlərin əlçatanlığı ilə bağlı tədbirlər görülür.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev qurumun jurnalistlər üçün təşkil etdiyi "Media üçün rəqəmsal səriştələr" adlı maarifləndirici tədbirdə bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə artıq Sandbox rejiminin dəstəklənməsi ilə bağlı müvafiq dəyişikliklər edilib: "Bu o deməkdir ki, şirkətlər, startaplar əgər bu gün qanunvericiliklə dəstəklənməyən, ancaq dəyər yarada biləcək və innovativ hesab olunan layihə təklifləri irəli sürürlərsə, bu, dövlət qurumlarının rəyi əsasında Sandbox layihəsi kimi qəbul oluna bilər və onlara müəyyən bir mühit yaradılır ki, onlar öz layihələrini həyata keçirə bilsinlər. Bu istiqamətdə olan layihələri həmin şirkətlər - nəqliyyat, tibb, maliyyə bazarları və bir sıra digər sahələrdə tətbiq edə bilərlər".

O bildirib ki, növbəti komponent isə kibertəhlükəsizlikdir: "Bu gün əsas mövzulardan biri məhz kibertəhlükəsizliklə bağlıdır. Burada rəqəmsal mühitin, ekosistemin tam təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar var. Milli CERT, Milli SOC-un yaradılması, qurumlar arasında, ümumiyyətlə ölkədəki fəaliyyət göstərən bütün təşkilatlar arasında və cəmiyyətlə məlumatların operativ, effektiv mübadiləsi, potensial təhdidlərin vaxtında aşkarlanması və hücumlara, təhdidlərə qarşı adekvat tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

Oxşar xəbərlər

1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər