Çində ayaqqabı fabrikində baş vermiş yanğın nəticəsində 28 nəfər ölüb
Far.Az xəbər saytı

Çində ayaqqabı fabrikində baş vermiş yanğın nəticəsində 28 nəfər ölüb


Çinin şərqindəki Futszyan əyalətində ayaqqabı fabrikində yanğın baş verib, nəticədə 28 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, Çin sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi, hadisənin səbəbini müəyyənləşdirməyi və günahkarları məsuliyyətə cəlb etməyi tapşırıb.

CCTV telekanalının məlumatına görə, Si Cinpinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi yardım göstərmək məqsədilə hadisə yerinə işçi qrupu göndərib.

Oxşar xəbərlər

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər