"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Pekin şəhərində aprelin 27-də"Global Media Group"a daxil olan "Baku TV" telekanalı və "Report" İnformasiya Agentliyi ilə Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi CCTV+ agentliyinin baş icraçı direktoru xanım Li Xia, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və "Baku TV"nin direktoru Ramin Cəfərov imzalayıblar.
Mərasimdə çıxış edən CCTV+ Videoxəbər Agentliyinin sədri və baş redaktoru Qao Vey bildirib ki, bu tərəfdaşlıq iki ölkə arasında media körpüsü rolunu oynayacaq:
"Müasir media qurumları olan "Baku TV" və "Report" ilə informasiya və təcrübə mübadiləsi hər iki tərəfin xəbər gündəmini zənginləşdirəcək, mühüm tədbirlərin işıqlandırılmasında operativ dəstək təmin edəcək".
Tədbirdə çıxış edən "Baku TV"nin direktoru Ramin Cəfərov "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayevin adından xüsusi olaraq vurğulayıb ki, "Global Media Group"a daxil olan media qurumları ilə Çinin aparıcı media agentliyi arasında imzalanan memorandumun əsas məqsədi tərəfdaşlıq münasibətlərinin qurulması, tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin, operativ məlumat mübadiləsi və qarşılıqlı dəstəyin təmin olunmasıdır.
Ramin Cəfərov memorandumun perspektivlərindən bəhs edərkən qeyd edib ki, əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə videoməzmun mübadiləsinin aparılması televiziya məhsullarımızın Asiya regionunda daha geniş yayılmasına və beynəlxalq mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək.
"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev öz növbəsində qlobal informasiya mübadiləsinin önəmini vurğulayıb:
"Çinin aparıcı media qurumu ilə operativ məlumat, foto və videomaterialların paylaşılması oxucularımıza hadisələri daha dolğun mənbədən izləmək imkanı verəcək. Bu addım xarici tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində növbəti uğurdur".
Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının, CCTV-nin tərkibinə daxil olan CCTV+ qlobal media təşkilatlarına xəbər və videoməzmun təqdim edən aparıcı Çin videoxəbər agentliyidir. Qurumun müştəriləri sırasında 130-dan çox ölkə və regionda fəaliyyət göstərən 1800-dən artıq televiziya kanalı və 1000-dən çox rəqəmsal media platforması var.
Bu memorandum "Global Media Group"un beynəlxalq əməkdaşlığının genişləndirilməsi strategiyasının davamıdır. Qrupun media resursları tərəfindən 2025-ci ildə Özbəkistan və Qazaxıstanın media qurumları ilə də analoji əməkdaşlıq sənədləri imzalanıb.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Baku TV, Report İA və Qazaxıstanın "Xabar" Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
."Global Media Group" Media Akademiyasının təlim proqramı yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













