Xankəndi niyə böyük dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildi?
Baku TV-nin "Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı tarixi sınaqlardan keçərək bu gün yenidən dirçələn Xankəndiyə həsr olunub.
1988-ci ildə başlayan separatçı mitinqlər Xankəndini münaqişənin mərkəzinə çevirdi, şəhərdə yaşayan azərbaycanlıların doğma evlərini tərk etməyə məcbur olması və 366-cı motoatıcı alayın iştirakı ilə törədilən Xocalı faciəsi tarixin ən ağır sınaqları kimi yaddaşlara həkk olundu.
2020-ci ilin tarixi Zəfərindən sonra Azərbaycan öz suverenliyini tam bərpa etmək üçün 2023-cü il sentyabrın 19-da lokal antiterror əməliyyatlarına başladı. Cəmi bir gün davam edən əməliyyat nəticəsində separatçı rejimə son qoyuldu. Oktyabrın 15-də Prezident İlham Əliyev şəhərdə Dövlət Bayrağını ucaltdı. 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən hərbi parad isə Xankəndinin yeni tarixinin ilk böyük səhifələrindən biri oldu. Hazırda şəhərdə "Böyük Qayıdış" proqramı çərçivəsində təhsil və nəqliyyat infrastrukturu sürətlə bərpa edilərək müasir inkişaf modeli qurulur. Auditoriyaların qapılarının açılması, tələbələrin geri dönməsi və yolların çəkilməsi Xankəndinin yenidən nəfəs aldığını, öz tarixi kimliyinə qovuşduğunu göstərir. Bu gün Xankəndi, sadəcə, bir şəhərin bərpası deyil, bütöv bir xalqın iradəsinin, ümidinin və öz tarixinə sahib çıxmasının ən parlaq rəmzidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













