İranın Sirik limanına endirilən zərbələr səbəbindən dörd nəfər yaralanıb
Far.Az xəbər saytı

İranın Sirik limanına endirilən zərbələr səbəbindən dörd nəfər yaralanıb


İranın cənubundakı strateji Sirik limanına endirilən zərbələr nəticəsində dörd nəfər yaralanıb, dəniz infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" şərqi Hörmüzqan əyalətinin limanlar və dəniz işləri idarəsinin rəhbəri Həmidrza Məhəmmədhüseyni Təxtiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir nəfər ağır yaralanıb və Minabdakı xəstəxanaya təxliyə edilib, digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

O qeyd edib ki, liman iki dəfə hücuma məruz qalıb, nəticədə obyektin əsas körpülərindən biri ciddi şəkildə zədələnib. Həmçinin yerli kommersiya gəmiləri və yaxınlıqda yerləşən telekommunikasiya qüllələri də zədələnib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər