13 nömrəli avtobusda yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənildi - AÇIQLAMA
Far.Az xəbər saytı

13 nömrəli avtobusda yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənildi - AÇIQLAMA


Bakıda sərnişinlərin narazılığına səbəb olan 13 nömrəli marşrut avtobusunun sürücüsü barədə tədbir görülüb.

BakuBus" MMC-dən Far.Az-ə verilən açıqlamaya əsasən, ictimai nəqliyyatda yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənilib:

""BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində 9 iyul 2026-cı il tarixində saat 16:30 radələrində Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident tərəfimizdən araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub.

Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. "BakuBus" MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək".

*** 10:55

Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində baş verib.

Belə ki, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.

Bundan əlavə, bildirilir ki, avtobusda kondisioner sistemi olduğu halda, ondan istifadə edilməyib. Sürücü kondisionerin işləmədiyini təkidlə vurğulayıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb.

Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər