Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Far.Az xəbər saytı

Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb


Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir.

"Far.Az" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzda baş verib.

Ölənlər Almaniya və Slovakiya vətəndaşları idilər. Onların hər ikisi hoteldə qalırdı. Zərərçəkənləri xilas etməyə çalışan daha iki nəfər xəsarət alıb. Onların arasında həmin hoteldə qalan ABŞ vətəndaşı və hovuzun hindistanlı əməkdaşı da var.

NDTV telekanalının məlumatına görə, həlak olan Almaniya vətəndaşının həyat yoldaşı polisə şikayət edib. Şikayətdə hovuzun lazımi qaydada saxlanılmaması ilə əlaqədar "Conrad" hotelinin rəhbərliyinə qarşı səhlənkarlıq ittihamı da yer alıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Şabranda hotelin fəaliyyəti dayandırıldı - yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər