Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü?
Far.Az xəbər saytı

Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü?


Avtomobil icarəyə götürən şəxs, nəqliyyat vasitəsini sahibinə qaytarmasına baxmayaraq, hələ də həmin avtomobillə bağlı törədilən inzibati xətalara görə cərimələrin onun adına gəldiyini bildirir.

Şikayətçi Tural İbrahimov Baku TV-yə bildirib ki, məsələni aydınlaşdırmaq üçün Xırdalan şəhərindəki müvafiq polis idarəsinə müraciət edib:

"Mənə bildirdilər ki, inzibati xətanı törədən şəxsi tapıb gətirməliyəm, o, könüllü ərizə yazmalı və cərimə onun adına keçirilməlidir. Lakin mən həmin şəxsi tapa bilmirəm. Digər tərəfdən isə mənim belə bir səlahiyyətim yoxdur ki, həmin adamı məcburən polisə gətirim. Avtomobilin əsl sahibi nəqliyyat vasitəsini satdığını və cərimələrin ona aid olmadığını bildirir. Görünür, avtomobil alqı-satqısı rəsmi sənədləşdirilmədən həyata keçirilib. Əgər yeni sahibinə etibarnamə verilsəydi, cərimələr birbaşa onun adına yazılardı".

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev bildirib ki, mərkəzi informasiya sistemində qeyd edilən vətəndaş nəqliyyat vasitəsi üzrə son etibarnamə verilmiş şəxs kimi qeydiyyatda olduğundan qanunvericiliyin tələblərinə əsasən, elektron qaydada tərtib edilən inzibati protokol onun barəsində rəsmiləşdirilib:

"Adına tərtib edilmiş elektron protokolda dəyişiklik edilməsi üçün həmin şəxs nəqliyyat vasitəsini faktiki idarə etmiş şəxslə birlikdə aidiyyəti üzrə müraciət etməlidir. Müraciət əsasında araşdırma aparıldıqdan sonra mərkəzi informasiya sistemində tərtib edilmiş protokol üzrə müvafiq dəyişikliyin edilməsi mümkündür".

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər