Kürdəmirdə magistral su boru xətti partlayıb, 6 kənd susuz qalıb
Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb.
Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, magistral su boru xətti bundan əvvəl martın 27-də partlayıb.
Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.
Oxşar xəbərlər
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
-
Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda
-
ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb
-
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib
-
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb
-
Ot tayaları yandı, yük maşını yararsız hala düşdü













