Rəşad İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb
Far.Az xəbər saytı

Rəşad İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb


Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Bu barədə "Far.Az"a ETSN-dən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirib ki, bu şanlı Qələbə Azərbaycan ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində əldə olunub.

Daha sonra Vətən müharibəsi iştirakçıları çıxış edərək Zəfər Gününün onlar üçün mənəvi əhəmiyyət daşıdığını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər