Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir
Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir ki, bu da bir çox istehlakçıların mobil telefonlarını dəyişdirməsinin orta müddətindən azdır.
"Far.Az" xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının "Hejun Consulting" şirkəti ilə birlikdə hazırladığı "Çində avtomobillərin satışından sonra xidmət bazarının inkişafı üzrə 2025-ci il üçün İllik Hesabat"ında deyilir.
Bununla yanaşı, ənənəvi daxili yanma mühərrikli (DYM) avtomobillərin orta yaşı 8,2 ilə çatıb, belə maşınların isə demək olar ki, 60%-i yeddi ildən çox istismar edilir.
Elektromobillərin tez-tez dəyişdirilməsi texnologiyaların sürətlə köhnəlməsi ilə izah olunur: "İki-üç il əvvəl buraxılmış maşınlar azalmış gediş ehtiyatı, aşağı şarj səmərəliliyi və məhdud hesablama gücü nümayiş etdirir".
"21st Century Business Herald" işgüzar nəşrinin hesabatına görə, Çində yeni avtomobillərin hazırlanması dövrü 18-24 aya qədər qısalıb ki, bu da ənənəvi benzin mühərrikli avtomobillər dövrü üçün xarakterik olan 60 aydan əhəmiyyətli dərəcədə azdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













