Dünya çempionatının loqosu təsdiqlənib
27 iyul-2 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə U17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.
Loqo yarışın idman ruhunu, beynəlxalq xarakterini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən vizual konsepsiya əsasında hazırlanıb.
Loqonun mərkəzində yerləşən stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir.
Dinamik kompozisiya güləşin əsas fəlsəfəsini - güc, əzm və ədalətli mübarizə prinsiplərini əks etdirir.
Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubunun əsas elementlərindən biridir.
UWW mundiallarda brendinqində göy və ağ rəng palitrasından geniş istifadə edir ki, bu da yarışın vizual kimliyini vurğulayır. Loqonun xarici halqasında istifadə olunan ornamentlər Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb.
Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və milli sənətin dünya idman səhnəsində tanıdılmasını simvolizə edir. Bununla yanaşı, loqo vasitəsilə beynəlxalq idman tədbirinin Azərbaycanın milli-mədəni dəyərləri ilə vəhdəti nümayiş etdirilir.
Cari ilin ilk güləş mundialında müxtəlif ölkələrdən yüzlərlə perspektivli yeniyetmə idmançı mübarizə aparacaq.
Oxşar xəbərlər
Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının loqosu təsdiqlənib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













